K.Sayns: Komanda təlimat vermişdi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Əbu Dabi yarışından əvvəl Leklerlə mübarizə aparmaması barədə təlimat alıb.

F-1.az xatırladır ki, Lekler Sürücülər Çempionatında ikinci olmaq üçün Pereslə mübarizə aparırdı və bunun üçün yarışı meksikalının önündə bitirməli idi.

Karlos Sayns: “Komanda olaraq işlədik. Yarışdan əvvəl mənə dedilər ki, startda ya da pitlərdə onunla mübarizə aparmayım. Yaxşı həftəsonu keçirdik və Leklerə görə sevinirəm. İkinci yerə layıq idi. O yaxşı sürür və ona yaxınlaşmaq üçün tərzimi dəyişdirməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*