M.Ferstappen yalan danışıb

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Macarıstan yarışında Maks Ferstappenin Hard təkərləri ölməyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın son dövrələrində Medium təkərli Həmiltonun hücumlarına tab gətirə bilməmiş və geriyə düşmüşdü. Maks rəqibinin hücumundan sonra radiodan komandasına təkərlərinin təmiz öldüyünü demişdi və pitə gələrək, Soft təkərləri götermüşdü.

Mario İzola: “Buna inanmıram.Təkərlərə baxdım və ciddi problem ya da yeyilmə görmədim. Bu, strateji qərar idi. Əslində Mercedes ikinci pitdən sonra sürətli idi və Maks da bunu gördü. Ondan sonra əlindən heç nə gəlmirdi. Təkərlərin yeyilməsi gözlədiyimiz kimi idi və yaxşı görünürdülər. Ferstappen ikinci pitə sürətli dövrə vurmaq üçün gəldi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*