M.Ferstappen cərimələnib

Red Bull komandasının sürücüsü Maks Ferstappen Amerika yarışında yeni mühərriyə keçdiyi üçün startda 15 yer itirəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücünün şənbə günü yeni daxiliyanma mühərriyinə keçməsi və güc qurğusundakı başqa elementi dəyişəcəyi üçün startda ən az 15 yer itirəcəyi gözlənilir.

Komanda bu cəzanı almaq üçün Ostini seçib, çünki tras ötmələrə əlverişlidir və Ferstappen geriyə düşsə belə yüksəlmək üçün şansı olacaq.

Helmut Marko: “Burada ötmə etmək çətin deyil. Bəlkə də, yağış yağar. Tam olaraq nə baş verəcəyini bilmirəm”.

Qeyd edək ki, Brendon Hartli startda 30, Stoffel Vandorn isə 5 yer itirəcəklər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*