13 Dekabr 2018, Cümə axşamı - 04:03

K.Sayns: “Gələcəyim Red Bull-un əlindədir”

K.Sayns: “Gələcəyim Red Bull-un əlindədir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:31 - 15 İyun, 2016

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, o gələcəkdə Red Bull ilə çempionluq yaşamaq istəyir.

F-1.az xatırladır ki, Red Bull komandası Daniil Kvyatın əvəzinə Maks Ferstappeni seçmişdi və ispaniyalı sürücünün Formula1-dəki gələcəyi sual altına düşmüşdü. Ancaq Sayns Toro Rosso-da mükəmməl performans göstərir və gənc sürücü ilə Ferrari və Renault maraqlanır. Amma Sayns bildirib ki, o, nə Mercedes nə də Ferrari ilə çempion olmaq istəmir. O, Red Bull komandası ilə çempion olmaq istəyir.

Karlos Sayns: “Red Bull-dakı şansım hələ bitməyib. İşimi yaxşı görsəm, onlar mənə yer verəcək. Nə vaxt və necə olacağını bilmirəm, amma inanıram ki, olacaq. Mənim əsas hədəfim budur. Onların heyətində çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Çox adam Mercedes və Ferrari barədə danışır, amma mən ilk Dünya Çempionu titulumu mənim üçün çoxlu işlər görən Red Bull ilə qazanmaq istəyirəm. Əgər ilk Dünya Çempionu titulumu qazanmaq üçün komanda seçəsi olsam, düşünmədən Red Bull-u seçərəm.

Hədəfim Red Bull-da çıxış etməkdir və həmişə hədəfim bu olacaq. Bunu gizlədə bilmərəm. Amma karyera ilə bağlı planları onlar edir. Beşinci yarışda Red Bull-a keçidim ilə bağlı plan yox idi. Məni seçmədiklərində öz-özümə “bu mənim problemim deyil, hələ vaxtım gəlməyib” dedim. Red Bull-da çıxış etmə fürsəti əlimə gələnə qədər sürməyə davam edəcəm. Hazırda buna fokuslanmışam”.

Sayns ilə bir yerdə işləyən Frants Tost isə ispaniyalı sürücüyə təriflər yağdırıb: “Əgər hər şey bir araya gəlsə, onun qalib gəlmək üçün istedadı var. Əgər  yarışların çoxunu qazana bilsə, çempion ola bilər. Bunu bacaracaq istedada sahibdir. Red Bull onun gələcəyi üçün çoxlu pul və vaxt sərf etdi. Buna görə də, onu əldən verəcəklərini zənn etmirəm. O, çox istedadlı sürücüdür”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər , , , , , , ,
Paylaş

logo