E.Okon: AlphaTauri bizdən güclüdür

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Alpine hazırda AlphaTauri-dən zəifdir.

F-1.az xatırladır ki, AlphaTauri son iki yarışda 10 xal qazandığı halda, Alpine 1 xal toplaya bilib. Fransız komandasının 15 yarışlıq xal seriyası ABŞ-da sona çatıb.

Esteban Okon: “Ostinin bu qədər çətin keçəcəyini gözləmirdik. Bolidimiz AlphaTauri-dən geridə qalır. Sadəcə biz stabil olaraq xal qazana bilirdik və buna görə onlardan öndəyik. Macarıstandakı qələbəyə görə beşinci yerdəyik. Öz işimizə fokuslanmalı və əlimzidən gələni etməliyik. AlphaTauri-ni qabaqlaya bilmərik, amma davamlı xal alaraq, öndə qala bilərik.

Ostində xalszı qalsaq da, ondan əvvəl ardıcıl 15 yarışda xallar qazanmışdıq. Eyni templə davam etməliyik. Meksika Ostindən fərqli olacaq. O tras tamamilə fərqli xüsusiyyətlərə malikdir. Orada yenə də xallar qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*