V.Bottas da cərimələnib

Mercedes komandasının sürücüsü Valtteri Bottas gözlənilmədən yeni daxiliyanma mühərriyinə keçib və startda 5 yer itirəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İtaliyada yeni güc qurğusuna keçmiş və yarışa sonuncu yerdən başlamışdı. Lakin Mercedes ona Rusiyada da yeni daxiliyanma mühərriyi verdi və startda 5 yer itirməli oldu.

Ancaq belə görünür ki, Mercedes komandasının ürəyi soyumayıb və finlandiyalı sürücü ABŞ-da da motor dəyişikliyi edəcək və yenə də startda 5 yer itirəcək. Beləliklə, Bottas bazar günü yarışa ən yaxşı halda 6-cı yerdən başlayacaq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*