AlphaTauri heyətini qoruyacaq

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, növbəti mövsüm üçün heç bir sürücü alternativləri yoxdur.

F-1.az xatırladır ki, Pyer Qasli bu mövsüm stabil çıxış etsə də, debütant Yuki Tsunoda özünü yaxşı tərəfdən göstərə bilmir.

Frants Tost: “Ümid edirəm ki, iki sürücü ilə də tezliklə müqavilə yenilənəcək, çünki aıternativimiz yoxdur. Yuki növbəti mövsümdə idmandakı ikinci ilini keçirəcək və trasları tanımağa başlayacaq. Mövsümün ikinci hissəsində Yuki əksər trasları tanımayacaq. O, Avropada yarışıb, amma ikinci hissədə Amerikaya gedirik və Yuki orada yarışmayıb. Meksika və Braziliya ona çətin olacaq.

Pyer əla iş görür. Yuki isə debütantdır və yaxşı sürür. Təcrübə qazanmalı və çox şey öyrənməlidir. Gənc sürücülərdə belə olur. Komandaya gənc sürücü gətirəndə riskə gedirsiniz.

Komandada heç bir dəyişikik olmayacaq, çünki alternativimiz yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*