M.Bezzekki titul barədə düşünmür

VR46 komandasının sürücüsü Marko Bezzekki bildirib ki, hələ titul barədə düşünmür.

F-1.az xatırladır ki, italiyalı sürücü Argentina yarışını qazanaraq, turnir cədvəlində liderliyə yüksəlib.

Marko Bezzekki: “Hələ çempionluq barədə düşünmürəm. Bu barədə danışmaq tezdir. Hələ iki yarış geridə qalıb. Növbədə çox çətin Ostin yarışı var. Hələki liderlikdən həzz almaq və öyrənmək istəyirəm. Növbəti aylarda çox şey məlum olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*