M.Bezzekki: Rossi möhtəşəm insandır

VR46 komandasının sürücüsü Marko Bezzekki bildirib ki, Valentino Rossi çox yaxşı insandır.

F-1.az xatırladır ki, Marko əfsanəvi Valentino Rossinin akademiyasında yetişib və hazırda onun komandası olan VR46 ilə MotoGP-də yarışır.

Marko Bezzekki: “Rossi təqaüdə çıxdıqdan sonra onun necə möhtəşəm insan olduğunu anladım. Fiziki olaraq yanımızda deyil, amma mənəvi cəhətdən həmişə yanımızdadır. İşlərin necə getdiyini öyrənmək üçün həmişə bizə mesaj atır ya da bizə zəng edir. Doğrudan da yaxşı münasibətimiz var. Son 8 ildə mənə çoxlu tövsiyələr verib. Bəzən mənə bir döngəni necə fərqli alacağımı izah edir”.

Qeyd edək ki, Marko Bezzekki bu il 2 yarış qazanıb və turnir cədvəlində lider Françesko Banyayadan 1 xal geridə qalaraq, ikinci yerdədir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*