Sepanq testləri Ducati-nin ciddi üstünlüyü ilə başa çatıb

Bazar günü italyan brendinin sürücüləri ilk onluqda yeddi yeri tutublar, ən yaxşı nəticəni isə əfsanəvi Valentino Rossinin VR46 komandasında çıxış edən ögey qardaşı Luka Marini göstərib. Aprilia komandasının sürücüləri də testlərdə yaxşı sürət nümayiş etdiriblər.

F-1.az xəbər verir ki, Malayziyadakı testlərin üçüncü və sonuncu günü yenə də yağışsız ötüşməyib, düzdür, bu dəfə yağış damalı bayraqların dalğalanmasına az qalmış başlayıb və demək olar ki, komandaların işinə mane olmayıb.

Bundan əvvəl isə sürücülər artıq sıralanma turu rejimində işləməklə, sürətli cəhdlər etməyə vaxt tapıblar. Ən yaxşı nəticəni isə (1:57.889) gözlənilmədən keçənilki Ducati spesifikasiyasında Luca Marini göstərib.

Pramac-dan Xorxe Martin nahara qədər protokollara başçılıq edib – şənbə gününün lideri nahardan sonra yıxılmaqdan yan keçə bilməyib, ona görə də nəticəsini yaxşılaşdıra bilməyib. Günün sonuna ispaniyalı sürücü beşinci yerə geriləyib.

Əvvəlcə Aprilia-da texniki nasazlıqlar üzündən səhər saatlarında vaxt itirən Maverick Vinyales liderliyi ələ alıb. Daha sonra isə Marini protokollarda ilk sətrə yüksəlib. Maraqlıdır ki, cümə günü də protokollara Valentino Rossinin komandasının digər sürücüsü – Marko Bezzekki başçılıq edib.

Dünya çempionu Françesko Banyaya testləri ikinci nəticə (+ 0,080) ilə başa vurub və ümumilikdə sessiyanın nəticələri onu deməyə əsas verir ki, yeni mövsümdə MotoGP azarkeşlərini Ducati və Aprilia arasında mübarizə gözləyir: ilk doqquzyeri bu iki markanın sürücüləri tutublar.

Qalanlardan ən yaxşısı Mark Markes olub, lakin Honda-nın lideri, dünən olduğu kimi, ən yaxşı nəticəyə 0.7 saniyə uduzaraq ilk 10-luğu tamamlayıb. Bazar günü ispaniyalı 6 qat dünya çempionu iki eksperimental motosikletlə işləyirib.

KTM-in ən yaxşı nəticəsini GasGas Tech3-dən Pol Esparqaro göstərib və 13-cü yeri tutub. Daha aşağı – 19-cu və 20-ci yerlərdə Yamaha-nın zavod komandasının sürücüləri Fabio Kuartararo və Franko Morbidelli qərarlaşıblar.

MotoGP mövsümöncəsi hazırlığı 11-12 mart tarixlərində Portuqaliyanın Alqarve şəhərində davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*