MotoGP-nin üç yarışı rəsmən ləğv olunub

MotoGP çempionatının rəhbərliyi üç mərhələnin - Almaniya, Finlandiya Qran Prisləri ilə birlikdə Niderlandın Assen trasındakı yarışın ləğv olunduğunu elan edib.

F-1.az xatırladır ki,  bundan əvvəl yalnız Qətər Qran Prisi ləğv edilmişdi (Dohada da Moto2 və Moto3 siniflərindəki yarışlar baş tutmuşdu), qalan mərhələlər isə rəsmən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

Niderlanddakı yarışın ləğvi xüsusilə diqqətəlayiqdir: Assendəki mərhələ çempionatın 71 illik tarixində ilk dəfə çempionat təqvimində olmayacaq.

Bununla yanaşı, çempionatın rəhbərliyi mövsümü iyulda başlamaq və əksəriyyətinin Avropada baş tutacaq 10-12 yarış keçirmək istəyini təsdiqləyib. Ən azından mövsümün ilk hissəsinin tamaşaçısız keçəcəyi gözlənilir. Təqvimdə ən yaxın Qran Pri avqustda Çexiyanın Brno şəhərində olan yarışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*