Lotus komandasının qonaq evi yanıb

Bu gecə Malayziya Qran Prisinin paddokunda yanğın baş verib. Naməlum səbəblər üzündən (çox güman ki, qısaqapanma üzündən) yanğın Lotus komandasının […]

Bu gecə Malayziya Qran Prisinin paddokunda yanğın baş verib. Naməlum səbəblər üzündən (çox güman ki, qısaqapanma üzündən) yanğın Lotus komandasının qonaq evində başlayıb. Heç kim buna hazır olmadığı üçün yanğın qısa vaxt ərzində böyük sahəyə yayılıb. Komanda yalnız sürücülərin kombinezonları və şlemlərini xilas edə bilib.

Yarış əmlakına zərər dəyməyib, amma indi komandanın mətbəxi və qonaq zonası yoxdur, marketinq şöbəsi isə bütün əmlakından mərhum olub. Qran Prinin təşkilatçıları komanda üçün paddokun sonunda ehtiyat evlərdən birini ayırıblar.

Hələlik aydın deyil ki, bu hadisə komandanın Sepanqda çıxışına nə dərəcədə təsir edəcək, amma şübhə yoxdur ki, komandanın normal həyatına kömək etməyəcək. Xatırladaq ki, dünən Kimi Rəykkönenin maşınında ötürmələr qutusu dəyişdirilib və sürücü yarışın startında beş yer itirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*