Lotus komandasının həmsahibi Jerar Lopes üç gün əvvəl komandasının Lotus Group-la müqaviləsinin pozduğunu elan etmişdi, nəticədə Britaniyanın idman avtomobil istehsalçısı komandanın titul sponsoru statusunu ititrib, amma Pitpass.com saytı yazır ki, mahiyyətcə, tərəflərin münasibətində heç nə dəyişməyəcək…
İnternet resursun bildirdiyinə görə, vaxtılə Lotus Group-a daxil olan Proton konserni komandaya böyük məbləğdə suda ayırıb və əgər komanda bu sudanı bağlaya bilməsə, Lotus komandasına maliyyə nəzarəti Malayziya konserninə keçə bilər. Pitpass bu sözlərini əlinə keçən sənədlərlə də sübut edir.
Məsələn, sənədlərdə söhbət ayrılmış sudaya qoyulan girovdan – “zavod, avadanlıqlar, şou-maşınlar, kompyuterlər, ofis və digər ləvazimatlar, 1 saylı siyahıda qeyd olunmuş əmlak” – gedir. Dərc olunmuş rəsmi sənəddən görünür ki, Lotus komandasının daşınan və daşınmaz əmlakının ümumi dəyəri 45 milyon funta qiymətləndirilib.
Komandanın Proton-dan aldığı sudanı bağlaması barədə heç bir məkumat yoxdur. Ona görə də ehtimal etmək olar ki, komandanın maliyyə vəziyyəti heç də asan deyil. Hər halda, zaman vəziyyətin inkişafını göstərəcək…