P.Verlyayn: “Manor-da 1 il yarışmaqdan narahat olmaram”

Paskal Verlyayn bildirib ki, 2017-ci ildə Manor-da yarışmaq onu narahat etməyəcək, amma onun əsas hədəfi Mercedes ilə yarışmaqdır...

F-1.az xatırladır ki, Verlyayn Mercedes-in Sürücü Akademiyasında olan sürücülərdən biridir və bu il Manor komandasına hələki yeganə xalı qazandırıb. Bu xal eyni zamanda almaniyalı sürücünün Formula1 karyerasının ilk xalıdır.

Verlyayn inanır ki, Manor komandası 2017-ci ildə daha güclü olacaq: “Təbii ki, Mercedes-də yarışıb, qələbələr qazanmaq və çempion olmaq istəyərəm, amma hazırda bu mümkün deyil. Manor-da xoşbəxtəm. Komandanı çox sevirəm. Yaxşı işləyirik və inkişafdan razıyam. Ümid edirəm ki, komandadakılar mənimlə işlədikləri üçün xoşbəxtdirlər.

Gələn il qaydalrda dəyişikliklər olacaq və hamı rəqabətədavamlı olmaq istəyəcək. Yeni qaydalar hamı üçün müəmmalıdır. Buna görə də heç kim bilmir ki, hansı yöndə işləsinlər. Manor komandasının 2017-ci ildə rəqabətədavamlı olacağına inanıram. Keçən ilə nisbətən yaxşı addımlar atmışıq və artıq yarışlarda ancaq bir dövrə geri qalan bolidlər görmürük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*