Ə.Devidson: Mercedes-in düzəlməsinə çox var

Mercedes-in simulyatorunda işləyən Əntoni Devidson düşünür ki, komandanın problemləri qısa müddətdə həll olunmayacaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar” ilk iki yarışda həm Ferrari-dəm, həm də Red Bull-dan geri qalır.

Əntoni Devidson: “Mercedes-in bolidi Bəhreyndə simulyatordakı maşından fərqli davranırdı. Bundan sonra problemlərin olacağını anladım. Komanda maşının asfalta nisbətdə yüksəkliyini istədiyi kimi sazlaya bilmir. Bu da böyük problemdir.

Red Bull və başqa komandaların bolidlərini izlədim. Red Bull RB18 yeri qaza-qaza gedir. Altından qığılcımlar çıxır. Bu komanda bolidi bundan artıq yatızdıra bilməz.

Mercedes və Ferrari isə dalğalanmaya yaxındır. Mercedes də bolidin yüksəkliyini azaltmaq istəyir. Bunu edəndə isə dalğalanma dəhşət dərəcədə artır. Belə olan halda bolidin tempi azalır.

Sadəcə düzlüklərdə yox, sürətli döngələrdə də problem var. Sürücülər sükan arxasında narahat hiss edirlər. W13-ün potensialı var və bilirlər ki, sürətli gedə bilərlər. Ancaq sazlanma tapa bilmirlər. Qəribə problemdir. Bu cür problemlər qısa müddətdə həll olunmur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*