C.Rassell: İnternetdə yazılanlar əsəb pozur

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, internetdə yazılanlar əsəblərini pozur.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsüm ərzində qənaətbəxş performans göstərmiş və komandasının mövsümdəki yeganə qələbəsinə imza atmışdı.

Corc Rassell: “Həmişə görünməyən şeylər olur. Hər yarışda cəsarətli mimikalarla görünməyə çalışırsınız. Amma insan olaraq hamımızın yaxşı və pis vaxtları olur. Peşəkar idmansçı olduğumuz üçün bu bizim performansımıza təsir edir.

Xüsusən də internetdə yazılanlara fikir vermirik, amma görməmək mümkün deyil. Bütün bunlar zəif performansla üst-üstə düşəndə həzm etmək çətin olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*