Lotus komandası Lotus Group-la müqaviləsini pozub

Lotus komandası Lotus Group-la müqaviləsini pozub: idman maşınlarının istehsalçısı komandanın titul sponsoru statusunu itirsə də, komanda tarixi brendin adını daşımaqda […]

Lotus komandası Lotus Group-la müqaviləsini pozub: idman maşınlarının istehsalçısı komandanın titul sponsoru statusunu itirsə də, komanda tarixi brendin adını daşımaqda davam edəcək.

Bu yaxınlarda Lotus Group-a nəzarət Malayziyanın Proton konsernindən DRB-Hicom korporasiyasına keçib, bundan sonra titul sponsorluğu və Formula1 komandası arasında münasibətlərdə maliyyə qeyri-müəyyənliyi yaranıb. Nəticədə komandanın sahibi olan Genii sərmayə fondu vatoistehsalçı ilə münasibətləri kəsməyə üstünlük verib.

Genii-nin həmsahibi Jerar Lopes təsdiq edib ki, başçılıq etdiyi fond Lotus Group-la əməkdaşlıqdan imtina edib…

Jerar Lopes:Lotus-la sponsorluq müqaviləsi pozulub və bu şirkətin komanda qarşısında artıq heç bir öhdəliyi yoxdur. Lotus Group-un artıq komandanın səhmlərini almaq imkanı da yoxdur – bu opsiondan biz istifadə etdik. Amma əvvəl belə bir imkan var idi…

Amma biz şadıq ki, gələcəkdə də Lotus adından istifadə edəcəyik, çünki hesab edirik ki, bu ad Formula1-ə çox yaraşır. Biz komandanı son iki ildə maliyyələşdirmişdik və büdcədə problem olmamışdı. Əlbəttə, biz istərdik ki, komandanın büdcəsi sponsorlar hesabına formalaşsın, amma əgər komandanın bizim maliyyələşdirməyə ehtiyac varsa, biz bunu edəcəyik.

Biz komandanın adını Lotus Renault GP-dən Lotus-a çevirəndə titul sponsorluğuna imkan yarandı. Diqqət edin ki, biz Unilever-lə də müqavilə bağlamışıq – 2012-ci ildə bu müqavilə Formula1-də ən iri müqavilədir, biz həm də Microsoft-la razılaşmışıq, axı əvvəl bu tanınmış brend Formula1-də yox idi, ona görə də bizim əməkdaşlıq üçün imkanlarımız çox genişdir.

Əgər biz indi başqa şirkətlə titul sponsoru müqaviləsi imzalasaq, komandanın maliyyə vəziyyəti daha da yaxşılaşacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*