Ferrari: Ad günün mübarək, İtaliya!

Ferrari komandasının mətbuat xidməti bu gün İtaliyanın birləşməsinin ildönümünə həsr olunmuş bayram relizi dərc edib. Bu hadisə 150 il əvvəl […]

Ferrari komandasının mətbuat xidməti bu gün İtaliyanın birləşməsinin ildönümünə həsr olunmuş bayram relizi dərc edib. Bu hadisə 150 il əvvəl baş verib və Formula1 komandasının builki mövsümə hazırladığı yeni maşının adında öz əksini tapıb – Ferrari 150° İtalia.

Luka di Montedzemolo, Ferrari-nin prezidenti: “Ferrari-də işləyən cənablar və xanımlar fəxr edirlər ki, dünyanın yarış traslarında və avtomobil yollarında İtaliyanı təmsil edirlər. Biz bu ildönümün şərəfinə Formula1 maşınımızı belə adlandırmışıq, bu bizi daha böyük zəfərlərə ruhlandırır. Biz ümid edirik ki, bu gün bütün ölkədə hamı eyni hissləri yaşayır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*