S.Robertson: “Formula1 yaxşılığa doğru dəyişib”

Finlandiyanın Turun Sanomat qəzetinə müsahibəsində Kimi Rəykkönenin meneceri Stiv Robertson dünya çempionatındakı vəziyyəti və yarışların baxımlılığının artmasını şərh edib… Stiv […]

Finlandiyanın Turun Sanomat qəzetinə müsahibəsində Kimi Rəykkönenin meneceri Stiv Robertson dünya çempionatındakı vəziyyəti və yarışların baxımlılığının artmasını şərh edib…

Stiv Robertson: “Formula1 yaxşılığa doğru dəyişib. Tənqidçilər hesab edirlər ki, DRS sisteminin peyda olması yarışları süniləşdirib, amma bir faktı etiraf etmək lazımdır – builki Qran Prinin hər biri çox maraqlı alınıb, həttə Monako yarışı da. Bu sistemi kəşf edən adam ciddi tərifə layiqdir – maşınların sürəti artıb və sürücülər mövqe uğrunda mübarizə apara bilirlər.

Kanadada biz bir daha şahidi olduq ki, dəyişkən havada Censon Batton hamıdan yaxşı çıxış edir. Onun nadir sürmə stili var, nəm və ya quruyan trasda bütün potensialını üzə çıxarır. Əgər Təhlükəsizlik maşını olmasaydı, Sebastyan Fettel asanlıqla qələbə qazanardı, indi bunu demək asandır ki, sonuncu restartdan sonra Fettel sürətini artırıb rəqiblərindən uzaqlaşmalı idi, amma o rahatlaşdı və fərqi stabl saxladı, amma olan artıq olub.

Lyuis Həmilton yəqin ki, təəssüflənir, ona görə də trasda səbirsizlik edir və istənilən kiçik belə imkandan yararlanmağa çalışır. Lyuis əsil sürücüdür, Kimi də eynilə edirdi, amma o bir neçə addım irəlini görə bilirdi, ona görə də onun on ötməsindən doqquzu uğurla başa çatırdı, rəqibləri ilə toqquşmurdu. Məncə, əgər bu gün Kimi Formula1-də çıxış etsəydi, DRS onun stilinə uyğun gələrdi. Ötmələr onun xəstəliyi idi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*