18 Sentyabr 2019, Çərşənbə - 07:25

Pirelli testlərə hazırlaşır

Pirelli testlərə hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:53 - 08 May, 2012

Gələn həftə Xayme Algersuari yenidən Formula1 maşının sükanı arxasına oturacaq və Pirelli-nin test sürücüsü rolunda ilk yoxlamalarını edəcək. Üçgünlük testlər […]

Gələn həftə Xayme Algersuari yenidən Formula1 maşının sükanı arxasına oturacaq və Pirelli-nin test sürücüsü rolunda ilk yoxlamalarını edəcək. Üçgünlük testlər Xeresdə 7-9 mayda keçiriləcək və 2013-cü il mövsümü üçün nəzərdə tutulmuş tərkiblər üzərində işə həsr olunacaq.

Bundan sonra ilin sonuna qədər Pirelli Spada, Monsada və Barselonada daha üç test sessiyası keçirəcək. Bu il təkər ustalarının ixtiyarında 2010-cu ilin Renault R30 şassisi olacaq və Xayme Lukas di Qrassi ilə birlikdə çalışacaq. Şirkət testlərə Formula1 komandalarını dəvət edib ki, onlar əmin olsunlar ki, çempionat iştirakçılarından heç biri üstünlük qazana bilməyəcək.

Xayme Algersuari: “Siz təsəvvür edə bilməzsiniz ki, mən indi hansı hissləri yaşayıram. Mən sadəcə sükan arxasında oturacağım ana qalmış dəqiqələri sayıram. Heç vaxt bilməzdim ki, Formula1 üçün bu qədər darıxacam.

Ona görə də Pirelli şirkətinə mənə göstərdiyi etibarına görə təşəkkür etmək istəyirəm, axı onların böyük seçimi var idi və mən əlimdən gələni edəcəm, işimi yüksək səviyyədə görəcəm.

Eyni zamanda bu il mən ВВС Radio 5 Live kanalında işimi də davam edəcəm. Bu sahədə yüksək peşəkarlarla işləyirəm və təcrübə toplayıram. Ona görə də xoşbəxtəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər
Paylaş

logo