21 Sentyabr 2019, Şənbə - 11:07

Williams komandasının ilk sürücüsü dünyasını dəyişib

Williams komandasının ilk sürücüsü dünyasını dəyişib

Müəllif: Rauf Hacıyev, redaktor

15:36 - 15 Mart, 2017

1977-ci ildə Williams komandasının ilk sürücü olmuş Patrik Nev martın 13-də 67 yaşında dünyasını dəyişib.

F-1.az xatırladır ki, Nev Formula1-də 1976-cı ildə RAM Racing komandasının Brabham BT44B bolidi ilə debüt edib. Belçikalı sürücü həmin il Ensign komandasının da şərəfini qoruyub.

Nev 1977-ci ildə Williams komandasında yarışmaq üçün lazımi büdcəni toplaya bilib. Frənk Uilyams və Patrik Hed həmin il çempionatda debütə hazırlaşırdılar. Nev də belçikalı pivə istehsalçısı Belle-Vue-nin sponsorluğu ilə Williams-ın heyətində ilk yarışa çıxıb. Bu, mövsümün 5-ci yarışı İspaniyada baş verib. Xatırladaq ki, Williams komandası həmin debütün bu il 40 illiyini qeyd edir.

Belçikalı sürücünün ən yaxşı nəticəsi İtaliyada qazandığı 7-cilik olmuşdu.

Patrik 1978-ci ildə yalnız öz vətənində baş tutan yarışa March 781S şassisi ilə qatılmış, amma sıralanma turundan keçə bilməmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 874
Teqlər , , ,
Paylaş

logo