Williams yeni təhlükəsizlik kəmərindən istifadə edəcək

Valtteri Bottas Sinqapurda təhlükəsizlik kəməri ilə bağlı problem yaşamışdı. Buna görə də Williams komandası Yaponiyada yeni təhlükəsizlik kəmərini test edəcək.

F-1.az xatırladır ki, kəmərlər təhlükəsizlik üçün çox vacibdir və Williams komandası təhlükəsizlik kəməri istehsal edən OPM ilə müqavilə bağlayıb.

Həm Bottas, həm də Massa Suzukada OPM-in kəmərlərini test edəcəklər. Bu barədə komandanın yarış mühəndisi Rob Smedli danışıb: “Bunu başa düşmək çətindir. Bağlamaqda problem olmadığı halda, təhlükəsizlik kəmərlərində az hallarda problem olur. Səbəbi nə olursa-olsun, bu yaşanmamalı idi. Sürücülərimizin təhlükəsizliyi bolidin sürətindən daha vacibdir.

İstehsalçını dəyişdirəcəyik. Yaponiyada yeni dizayn yoxlayacayıq. Hər şey yaxşı olsa, bu kəmərləri Amerikadan başlayaraq istifadə edə bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*