Lotus işin gedişindən razıdır

Yeni Lotus komandasının texniki direktoru Mayk Qaskoyn əmindir ki, 2010-cu ildə dünya çempionatının traslarında onun komandası niyyətinin ciddiliyini sübut edəcək. […]

Yeni Lotus komandasının texniki direktoru Mayk Qaskoyn əmindir ki, 2010-cu ildə dünya çempionatının traslarında onun komandası niyyətinin ciddiliyini sübut edəcək. Cümə günü Lotus rəsmi təqdimat mərasimi keçirəcək, sabah isə maşın ilk dəfə trasa çıxacaq – keçən həftə komandanın Norfolkdakı bazasında şassiyə qoyulmuş Cosworth motoru ilk dəfə işə salınıb…

Mayk Qaskoyn: “Əlbəttə, biz öz işimizdə ciddi irəliləyiş etmişik və motoru qrafikdən bir həftə əvvəl işə saldıq. Biz keçən il çempionatda iştirakımız barədə xəbər alan kimi dərhal iş qrafikini tərtib etmişdik – qrafikə əsasən motor fevralın 12-də işə salınmalı idi, amma biz bunu ayın 6-da etdik. Buna nail olmaq üçün komandanın bütün əməkdaşları ciddi səylə işləyib.

Biz tamamilə yeni bir layihəni canlandırmışıq – bu bizə xüsusi həzz verir…

Biz əla formadayıq, biz hələ mövsümün gedişində maşını ciddi təkmilləşdirəcəyik, onun aerodinamik xarakteristikasını yaxşılaşdıracayıq. Bizim başlıca məqsədimiz starta çıxmaq, Formula1 standartlarına cavab evrən peşəkar komanda olmaqdır. Sözsüz ki, biz buna nail olacayıq və ilk addımı biz artıq atmışıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*