L.Həmilton Red Bull-la danışıqlar aparıb

Son aylarda Lyuis Həmilton və Red Bull komandasının nümayəndələri bir neçə dəfə qarşılıqlı maraqlarından danışıblar. Həmiltonun McLaren-lə cari müqaviləsi gələn […]

Son aylarda Lyuis Həmilton və Red Bull komandasının nümayəndələri bir neçə dəfə qarşılıqlı maraqlarından danışıblar. Həmiltonun McLaren-lə cari müqaviləsi gələn ilin sonunda başa çatır, o artıq komandada beş mövsüm keçirib, ilk iki mövsüm maşın doğrudan da rəqabətədavamlı olub – karyerasında qazandığı 15 qələbədən doqquzunu ilk iki mövsümdə qazanıb.

Martın ortalarında Lyuis yeni menecerinin adını açıqlamışdı – Saymon Fuller təcrübəli mütəxəssisdir, britaniyalı futbolçu Dəvid Bekhəmin və tennisçi Əndi Mörreyin meneceridir. Elə o zaman şayiələr peyda olmuşdu ki, Həmilton başqa komandalarla danışıqlara hazırlaşır.

Sürücü və Red Bull komandasının nümayəndələri bir neçə dəfə görüşüblər. Sonuncu görüş isə Monrealda baş tutub – Həmilton və Kristian Horner Red Bull-un motorhoumunda 15 dəqiqə bağlı qapılar arxasında keçiriblər.

Lyuis son illər McLaren maşınlarının rəqabətədavamlı olmamasından çox gileylənib, ona görə də sürücü daim maksimum hücum etməli olur və nəticədə səhvlərin sayı da artır.

Çox güman ki, növbəti mövsümü Həmilton McLaren-də keçirəcək, amma sonra müxtəlif variantlar mövcuddur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*