L.Həmilton: “Hər şey pis startdan başladı”

Lyuis Həmilton Avstraliya Qran Prisini 3-cü yerdə başa vurub və bildirib ki, yarışın əvvəlindən onu problemlər müşaiyət edib. Britaniyalı sürücü […]

Lyuis Həmilton Avstraliya Qran Prisini 3-cü yerdə başa vurub və bildirib ki, yarışın əvvəlindən onu problemlər müşaiyət edib.

Britaniyalı sürücü pouldan start alıb, amma elə dərhal liderliyi Censon Battona mövqeyini uduzub – qələbəni də komanda yoldaşı bayram edib.

Finişə 21 dövrə qalmış trasa Təhlükəsizlik Maşını çıxıb – həmin an Lyuis komanda yoldaşına 10 saniyə uduzub, amma pit-stopdan sonra Sebastyan Fetteli də irəli buraxıb. Britaniyalı sürücünün sözlərinə görə, sürət çatışmazlılığının nə ilə əlaqədar olmasından xəbərsizdir…

Lyuis Həmilton: “Mən həqiqətən başa düşmürəm ki, problem nədədir, bu gün yarışda ancaq problemlərlə mübarizə aparmışam. Hər şey pis startdan başladı. Yarış çox çətin alındı, amma mən Censonu təbrik edirəm, o, əla çıxış etdi. Biz qələbə dublu edə bilərdik, amma mənim bəxtim gətirmədi.

Mən bütün gücümü toplayıb mübarizəni davam etdirəcəm, axı qarşıda bizi hələ çox yarış gözləyir. Çempionatda qələbə stabillikdən asılıdır və mən bütün diqqətimi buna yönəltmişəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*