15 Noyabr 2019, Cümə - 11:06

M.Ferstappen cərimələnib

M.Ferstappen cərimələnib

Müəllif: Rauf Hacıyev, redaktor

07:02 - 27 Oktyabr, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen sarı bayraqlarda yavaşlamadığı üçün yarışın startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunun son sessiyasında Bottasın qəzasına görə çıxan sarı bayraqlara məhəl qoymamış və nəticəsini yaxşılaşdırmışdı. Bundan sonra stüardlar tərəfindın araşdırılan Ferstappen startda 3 yer itirməklə cəzalandırılıb. Bundan başqa gənc sürücüyə 2 cərimə balı verilib. Bu cəzadan sonra Ferstappen dördüncülüyə geriləyib və poulu Şarl Lekler qazanıb. Sebastyan Fettel ikinci, Lyuis Həmilton isə üçüncü yerə yüksəlib.

Ferstappen son cəhdində nəticəsini yaxşılaşdırmasa belə poul alacaqdı. Sıralanma turundan sonra verdiyi müsahibədə Bottasın qəzasını gördüyünü, lakin bilərək yavaşlamadığını deyən 22 yaşlı sürücü bu sözündən sonra stüardların otağına çağırılıb. Araşdırmadan sonra Ferstappenin sarı bayraqlara məhəl qoymadığı üzə çıxıb.

Beləliklə, Ferrari yay tətilindən sonra ardıcıl altıncı dəfə poul qazanmış oldu


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 113
Teqlər , , ,
Paylaş

logo