L.Həmilton: “Adriana görə şadam”

Malayziyada Lsyui Həmilton yarışa uzaq 20-ci yerdən başlayıb, amma startı əla keçirib, aqresiv hücum edib və yarışı 6-cı yerdə başa […]

Malayziyada Lsyui Həmilton yarışa uzaq 20-ci yerdən başlayıb, amma startı əla keçirib, aqresiv hücum edib və yarışı 6-cı yerdə başa vura bilib. Yarışın gedişində müxtəlif ötmələr edən Lyuis 6-cı dövrədə Renault-un sürücüsü Vitaliy Petrovla gözəl mübarizə ilə yadda qalıb, mövqeyini geri qaytaran rusiyalı sürücü bir neçə dövrədən sonra Lyuisin hücumlarına tab gətirməyib…

Lyuis Həmilton: “Yarışın ilk dövrələri əla keçdi. Beşinci dövrədə artıq 10-cu yerə yüksəlmişdim. Çox razıyam ki, bu qədər ötmə etdim, sözün düzü, heç fikir də vermirdim ki, bu necə oldu, amma bu gün biz əla çıxış etdik.

Məncə, biz kifayət qədər sürətli idik, lap yarışın liderlərinə də çata bilərdik, amma mən Adriana çatanda təkərlərim çox yeyilmişdi. Gücüm çatan hər şeyi etdim, amma bizim maşınlarda eyni motordur və mən onu keçə bilmədim.

Adrian maşından çıxanda mən ona yaxınlaşdım və yaxşı yarışa görə təriflədim. O əla sürücüdür, amma onun çox vaxt bəxti gətirmir. Bu gün mən ona görə çox şadam!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*