25 Avqust 2019, Bazar - 11:56

C.Palmer: “Artıq sürücülər ön plana çıxacaq”

C.Palmer: “Artıq sürücülər ön plana çıxacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

13:09 - 08 Yanvar, 2017

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, yeni qaydalardan sonra sürücülərin performansı ön planda olacaq və dəyişikliklərə öyrəşə bilməyən sürücülər gözə çarpacaq…

F-1.az xatırladır ki, Formula1-də bu ildən etibarən yeni qaydalar tətbiq ediləcək və buna görə də bolidlərin 4-5 saniyə sürətlənməsi gözlənilir.

Palmer bildirib ki, yeni qaydalardan sonra sürücülərə fiziki cəhətdən daha çox güc düşəcək və hazır olmayan sürücülər daha çox problem yaşayacaqlar: “Sözün açığı düşünürəm ki, bu daha çox fərq yaradacaq. Bolidlərin performansları barədə məlumatımız yoxdur. Amma fiziki cəhətdən çətinlik çəkəcəyimizə əminik və buna hazır olmalıyıq”.

Palmer əlavə edib ki, ötmə etmək çətin olmayacaq: “Yeni qaydalar ötmələrə təsir etməyəcək. 2008-ci ildən sonra da dəyişikliklər oldu və öndəki bolidi izləmək çətinləşmişdi. Amma DRS olmamasına baxmayaraq, çoxlu ötmələr izləmişdik.

Amma bu barədə danışmaq üçün tezdir. Hər şeyi Melburnda dəqiqliklə görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 199
Teqlər ,
Paylaş

logo