Toro Rosso təqdimat vaxtını dəyişib

Toro Rosso komandası mühərrikdəki problemlərə görə 2017-ci il bolidi STR12-nin təqdimatını təxirə salıb.

F-1.az xatırladır ki, Toro Rosso komandası çəkiliş günündə mühərriklə bağlı problem yaşamışdı. İtalyanlar bazar günü edəcəyi təqdimatın vaxtını 90 dəqiqə təxirə salıblar. Beləliklə, təqdimat Kataloniya trasında yerli vaxtla 18:00-da, Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Toro Rosso komandasının mətbuat katibi bu barədə belə danışıb: “Bizdən asılı olmayan səbəblərə görə təqdimatı 90 dəqiqə təxirə saldıq. Yer dəyişməyəcək. Barselona trasında, boksumuzun önündə təqdim edəcəyik. Qalan hər şey başlanğıc saatına görə formalaşacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*