K.Rəykkönen: “Hər şey müəmmalıdır”

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen neçənci komanda olduqları ilə bağlı suala cavab tapa bilmir.

F-1.az xatırladır ki, mövsümöncəsi qış testlərində orta qrupdakı komandalar bir-birilərinə çox yaxın görünüblər.

Kimi Rəykkönen: “Bu, çox müəmmalıdır. İlk yarışda əlimizdən gələni edəcəyik. Görək necə olur. İstədiyimiz yerdə deyilik. Ancaq rəqiblərimizdən də soruşsanız, eyni sözləri deyəcəklər. Yarışlarda şərait həmişə fərqli olur. Çünki hava tez-tez dəyişir.

Testlərdə fərqli təkərlərlə sürdük və çox şey öyrəndik. Daha yumşaq təkərlərlə yaxşı nəticə göstərmək isə özünü aldatmaqdır. Ümid edirik ki, Avstraliyada əla nəticə qazanarıq.

Neçənci olduğumuzu dəqiq bilmirəm. Məncə, orta qrup bir-birinə çox yaxındır. Əgər yaxşı iş görsəniz, həmişə yuxarı pillələrdə olarsınız. Tənbəllik etdiyiniz halda isə hər şey bərbad olar. İlk yarışda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*