K.Rəykkönen: Virtual yarışlar mənlik deyil

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, virtual yarışlara qoşulmayacaq.

F-1.az xatırladır ki, pandemiya başladıqdan sonra bəzi sürücülər öz aralarında virtual yarışlar keçirməyə başlayıblar.

Kimi Rəykkönen: “Bunu etməyə vaxtım yoxdur. Ailəmlə vaxt keçirirəm. Virtual yarışlar çox vaxt aparır. Buna vaxt ayırmaqdansa, başqa işlər görərəm. Bunu gənc olanda oynayırdım. O vaxtlar belə məşğul deyildim. Bir Playstation-um var və 10 ildir ki, istifadə etmirəm. Robin qardaşım oğlunda görüb birinini istədi və tezliklə oynayacaq. Lakin mənim oynamağa vaxtım yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*