K.Rəykkönen: Lazımi anda zəiflədim

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, tempi istədiyi kimi olmayıb.

F-1.az xatırladır ki, 2005-ci ildə Monako yarışını qazanmış Kimi Rəykkönen dünənki sıralanma turunda 14-cü yeri tutub.

Kimi Rəykkönen: “Üçüncü sərbəst yürüşlərdə təkərlərlə yaxşı işləyirdim və bolid özünü yaxşı aparırdı. Lakin lazımi vaxtda tempim olmadı. Təbii ki, həmişə yüksək yerlər tutmaq istəyirsiniz. Ümid edirəm ki, yarışda bəxtimiz gətirər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*