K.Rəykkönen Ferrari-yə qayıtmamalıdır

Sabiq Formula1 sürücüsü Mika Salo bildirib ki, Rəykkönen Ferrari-yə qayıtmamalıdır.

F-1.az xatırladır ki, Fettelin son illərdəki zəif performansı tiffozilərin səbir kəsasını doldurub. Dördqat Dünya Çempionunun əvəzinə Bottas, Rikkardo, Alonso və ya Rəykkönenin keçə biləcəyi deyilir.

Mika Salo: “Söz-söhbətləri eşitdim. Məncə, bu, mümkün deyil. Kiminin karyerası artıq bitmək üzrədir. Alfa-da təzyiq hiss etmir. Ferrari isə fərqli sürüş tərzi tələb edir.

Kimi Alfa Romeo-nun istədiyi kimi sürücüdür. Təcrübəlidir. O boliddə qalib gəlməsi mümkünsüzdür. Orada əsas hədəfi bacardığı qədər çox xal yığmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*