24 Oktyabr 2019, Cümə axşamı - 00:42

L.di Montedzemolo: “Bizim sürücülər Ferrari üçün çıxış edirlər, özləri üçün deyil”

L.di Montedzemolo: “Bizim sürücülər Ferrari üçün çıxış edirlər, özləri üçün deyil”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:30 - 03 May, 2010

Çin Qran Prisinin müxtəlif insidentlərlə zənginliyi fonunda Fernando Alonsonun pit-leynin girişində komanda yoldaşı Felipe Massanı kobudcasına kənara itələməsi nəzərlərdən qaçmayıb. […]

Çin Qran Prisinin müxtəlif insidentlərlə zənginliyi fonunda Fernando Alonsonun pit-leynin girişində komanda yoldaşı Felipe Massanı kobudcasına kənara itələməsi nəzərlərdən qaçmayıb. Finişdən sonra braziliyalı sürücü insidentdən gileylənib, bundan sonra dərhal sürücülər arasında münasibətlərin pisləşməsi barədə şayiələr dalğası geniş yayılıb.

Vəziyyəti düzəltmək üçün komandanın mətbuat xidməti rəsmi bəyanatla çıxışe dib, bu gün isə hadisənin vacibliyini nəzərə alaraq “ağır artileriya” döyüşə atılıb – vəziyyəti Ferrari-nin prezidenti Luka di Montedzemolo şərh edib…

Luka di Montedzemolo: “Alonso və Massa arasında heç bir anlaşılmazlıq yoxdur – onlar hər ikisi yaxşı bilirlər ki, nə ilə məşğul olmalıdırlar və məhz bununla da məşğuldurlar. Onlar gözəl başa düşürlər ki, Ferrari üçün çıxış edirlər, özləri üçün deyil.

Mən ümid edirəm ki, tezliklə bizim sürücülər podiumun yüksək zirvəsinə qayıdacaqlar – artıq üç yarışdır ki, biz qələbə qazana bilmirik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər
Paylaş

logo