Kanada Qran Prisi artıq gələn il qayıdacaq

Kanada Qran Prisinin təşkilatçıları bu gün təsdiq ediblər ki, Formula One Administration (FOA) ilə razılaşma imzalanıb və gələn ildən Monreal […]

Kanada Qran Prisinin təşkilatçıları bu gün təsdiq ediblər ki, Formula One Administration (FOA) ilə razılaşma imzalanıb və gələn ildən Monreal yarışı dünya çempionatının təqviminə qayıdacaq. Kanada mərhələsinin tarixi hələ dəqiqləşdiriləcək, amma ilkin variant kimi altı iyun göstərilib…

Norman Leqo, Kanada Qran Prisinin icraçı direktoru: “Mən çox şadam və tam razıyam. Mən həmişə əmin idim ki, biz bütün problemləri yoluna qoya bilərik, çünki yarışların təşkilində böyük təcrübəmiz var. Xüsusilə sevinirəm ki, Kanada Qran Prisi məhz gələn il qayıdacaq. Mən heç bir vaxt şübhə etmirdim ki, yarış federasiyanın qrafikində öz yerinə qayıdacaq, Formula1 rəhbərliyi ilə görüş isə mənim fikirlərimi möhkəmlətdi.

Kanada yarışı yalnız Formula1 üçün vacib deyil, komandalar, avtoistehsalçılar və sponsorlar da bu yarışda maraqlıdırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*