L.Badoyer Ferrari-də Massa qayıdana kimi çıxış edəcək

Valensiyada mətbuat konfransında Luka Badoyer təsdiq edib ki, Felipe Massa tam sağalıb sükan arxasına qayıdana kimi Ferrari-də çıxış edəcək. Badoyerin […]

Valensiyada mətbuat konfransında Luka Badoyer təsdiq edib ki, Felipe Massa tam sağalıb sükan arxasına qayıdana kimi Ferrari-də çıxış edəcək. Badoyerin sözlərinə görə, bu uik-end elə də böyük pressinq hiss etmir…

Luka Badoyer: “Əgər burda, Valensiyada mənim yeganə şansım olsa idi, mən daha çox narahat olardım, həyəcanlanardım və gücüm çatan hər şeyi etməyə çalışardım, bu isə pressinqi artıtmaqla çoxlu səhvlərə səbəb olardı. Amma vəziyyət başqa cürdür, çünki mən bu maşında Felipe qayıdana kimi oturacam. Ona görə də mən hələ vaxtım var.

Mən sonuncu dəfə 10 il əvvəl yarışmışam, amma bu on il ərzində Formula1-də 150 min km məsafə qət etmişəm. Testlərdə mən bir gün ərzində iki Qran Pri məsafəsini keçirdim, ona görə də bu aspekt məni qorxutmur. Birinci dəfə Formula1 maşınının sükanı arxasına oturan üçün müəyyən problemlər ola bilər. Mənim vəziyyətim debütanta nisbətən daha yaxşıdır, ona görə mən çox rahatam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*