14 Oktyabr 2019, Bazar ertəsi - 02:41

B.Bell: “McLaren-in elementi qeyri-qanunidir”

B.Bell: “McLaren-in elementi qeyri-qanunidir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:47 - 12 Mart, 2010

Renault komandası McLaren maşınlarının arxa antiqanadlarının konstruksiyasının leqallığını təsdiq etmiş FİA-nın mövqeyindən narazı qalıb. Federasiyanın texniki xidməti bu elementin reqlamentə […]

Renault komandası McLaren maşınlarının arxa antiqanadlarının konstruksiyasının leqallığını təsdiq etmiş FİA-nın mövqeyindən narazı qalıb. Federasiyanın texniki xidməti bu elementin reqlamentə uyğun gəlməsini bildirdikdən sonra Red Bull komandası belə bir elementdən tezliklə istifadə edəcəyini bildirib. Amma Renault komandası hesab edir ki, bununla Formula1-də yeni “silahlanma yarışı” başlayacaq…

Bob Bell: “McLaren-in bu elementi qeyri-qanunidir – bu aşkardır. Onlar reqlamentdən kənara çıxıblar və “silahlanma yarışına” başlayıblar, bu isə komandalar tərəfindən ciddi məsrəflərə səbəb olacaq. Mən hesab edirəm ki, federasiya bu məsələdə sərt mövqe tutmalı idi.

FİA-nın qərarı məsrəflərin azaldılması siyasətinə müvafiq deyil. Biz qənaət etməyə çalışırıq, komandalarda Qran Pri zamanı işləyən əməkdaşların sayı məhduddur – indi gecələr işləmək çox çətindir.

Protest? Mən bunu şərh edə bilmərəm, amma istənilən komanda bunu edə bilər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 335
Teqlər
Paylaş

logo