Azərbaycan-2022: Sıralanma turu

Sıralanma turu Bakıda hər zaman çox maraqlı olur. Hər an sarı və ya qırmızı bayraq dalğalana, sürətli dövrə yarımçıq qala bilər. Tıxaclardan qaçmaq da məharət tələb edir.

F-1.az xatırladır ki, dünən ilk məşqlərdə Serxio Peres, ikinci məşqlərdə isə Şarl Lekler hamıdan sürətli olub. Meksikalı sürücü bu gün yenidən protokollara başçılıq edib. Məşqlərdə ciddi qəza olmayıb.

Formula2-dəki qəzaya görə baryerlərin bərpası vaxt aldığından, üçüncü sərbəst yürüşlər 15 dəqiqə gec başlayıb. Buna görə sıralanma turunun startı da 15 dəqiqə gecikib.

İlk Sessiyada sürücülər ardıcıl dövrələr vurublar. Fettel üçüncü döngədə təhlükəsizlik cibinə girib. Ferstappen 1:42.722 ilə hamıdan sürətli olub. Stroll əvvəlcə yeddinci döngədə baryerlərə toxunub, daha sonra isə ikinci döngədə ciddi qəza edərək qırmızı bayraqlara səbəb olub. Fasilə 10 dəqiqə davam edib. Daha sonra ciddi dəyişiklik olmayıb, Şumaxer, Stroll, Latifi, Elbon və Maqnussen mübarizəni dayandırıb.

İkinci Sessiyada əksər sürücülər ilk cəhdlərinə işlənmiş təkərlərlə çıxıblar. Sayns ilk cəhddə hamını keçib – 1:42.008. Lakin ikinci cəhddə Peres onu üstələyib – 1:41.955. Lekler və Ferstappen divarla təmas ediblər. Bottas, Çjou, Okon, Rikkardo və Norris üçün sıralanma turu başa çatıb.

Son sessiyada Sayns əvvəlcə hamını üstələyib. Lakin ikinci cəhddə Lekler qarşısıalınmaz olub – 1:41.359. Peres isə komanda yoldaşını qabaqlayıb.

Beləliklə, Şarl Lekler mövsümdə 6-cı, karyerasında 15-ci poulunu qazanıb. O, həm də Bakıda iki dəfə poul əldə edən ilk sürücü olub. İkinci yeri Serxio Peres tutub. Sabahkı yarışa onların arxasından Maks Ferstappen və Karlos Sayns başlayacaq.

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 3 1:42.865 7 2 1:42.046 6 1:41.359 6
2 11 Serxio Peres Red Bull 2 1:42.733 6 1 1:41.955 6 1:41.641 6
3 1 Maks Ferstappen Red Bull 1 1:42.722 7 4 1:42.227 6 1:41.706 6
4 55 Karlos Sayns Ferrari 4 1:42.957 7 3 1:42.088 6 1:41.814 6
5 63 Corc Rassell Mercedes 8 1:43.754 10 8 1:43.281 7 1:42.712 6
6 10 Pyer Qasli AlphaTauri 5 1:43.268 11 5 1:43.129 6 1:42.845 6
7 44 Lyuis Həmilton Mercedes 11 1:43.939 9 6 1:43.182 7 1:42.924 6
8 22 Yuki Tsunoda AlphaTauri 7 1:43.595 10 10 1:43.376 6 1:43.056 6
9 5 Sebastyan Fettel Aston Martin 6 1:43.279 7 7 1:43.268 7 1:43.091 4
10 14 Fernando Alonso Alpine 12 1:44.083 8 9 1:43.360 6 1:43.173 6
11 4 Lando Norris McLaren 13 1:44.237 9 11 1:43.398 7
12 3 Daniel Rikkardo McLaren 14 1:44.437 9 12 1:43.574 8
13 31 Esteban Okon Alpine 10 1:43.903 7 13 1:43.585 6
14 23 Quanyu Çjou Alfa Romeo 9 1:43.777 9 14 1:43.790 4
15 77 Valtteri Bottas Alfa Romeo 15 1:44.478 9 15 1:44.444 4
16 20 Kevin Maqnussen Haas 16 1:44.643 9
17 23 Aleksander Elbon Williams 17 1:44.719 9
18 6 Nikolas Latifi Williams 18 1:45.367 8
19 18 Ləns Stroll Aston Martin 19 1:45.371 7
20 47 Mik Şumaxer Haas 20 1:45.775 9
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*