M.Ferstappen: Yüksək sürətə sahib idik!

F-1.az bildirir ki, niderlandlı sürücü keçən il çox yaxın olduğu qələbəni bu il əldə edib - bir il əvvəl lider gedərkən son dövrələrdə təkəri partlamışdı.

Maks Ferstappen: “Keçən il bəxtim gətirməmişdi və qələbəni əldən vermişdim. Bunu geri qaytarmaq mümkün deyil. Amma bu gün sürətim əla idi, təkərlərə də yaxşı nəzarət edə bildim. Tədricən liderə yaxınlaşdım və sonra irəli keçdim. Təbii ki, Ferrari-nin finiş görməməsi də xeyrimizə oldu. Amma sürətli idik və Leklerlə fərqi bağlaya biləcəkdim. Maşının balansından çox razıyam, çünki belə bir trasda təkərlərlə düzgün davranmaq çox vacibdir və biz bu gün buna nail olduq.

Bu gün komanda olaraq dubl etdik, hər şey çox yaxşı keçdi. Kanada və digər gələcək mərhələlər barədə proqnoz verməkdən çəkinirəm, çünki hər yarış özünəməxsus ssenaridə keçir. Səhv etməmək, düzgün qərar vermək və gedişatı, hadisələrin inkişafını izləmək lazımdır. Vəziyyət yarışdan yarışa dəyişilə bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*