24 Sentyabr 2019, Çərşənbə axşamı - 13:07

M.Ferstappen Bəhreyni gözləyir

M.Ferstappen Bəhreyni gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

16:14 - 30 Mart, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bəhreyndə yarışmaqdan həzz alır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndə 3 yarışa çıxıb və iki dəfə yarışı bitirə bilməyib.

Maks Ferstappen: “Bəhreyn yarışından həmişə həzz almışam. Orada yaşayan dostlarım var və gözəl vaxt keçiririk. Həftəsonu qarışıq olacaq. Yarışa hazırlaşmaq üçün bir sessiyamız olacaq və bundan yaxşı istifadə etməliyik. Digər sessiyalar isti havada və erkən saatlarda olduğu üçün topladığımız məlumatların bir faydası olmayacaq. Texniki trasdır. Gecə işıqların altında yarışmaq həzz verir. Mövsüm ərzində çox az belə yarışımız olur. Kiçik yaşlarımda kartinqdə yarışarkən Bəhreyndə çempionluq yarışıma çıxmışdım. Buna görə də Saxir trası mənim üçün xüsusidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 232
Teqlər , , , ,
Paylaş

logo