V.Bottas: Həmiltondan çox şey öyrəndim

Mercedes komandasının sabiq sürücüsü Valtteri bottas bildirib ki, o, Lyuis Həmiltondan çox şey öyrənib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Lyuis Həmiltonla 5 mövsüm komanda yoldaşı olub və heç birində ona qarşı üstünlük qazana bilməyib. 5 mövsümdə 20 poul və 10 qələbə qazanan Bottas, Mercedes-in ardıcıl 5 dəfə Mühəndislər Kuboku qazanmağında əvəzsiz rol oynayıb.

Valtteri Bottas: “Lyuis hər il təkmilləşir və bu, təsiredicidir. Formula1-də çox təcrübəlidir, amma davamlı yeni şeylər öyrənir. Getdikcə güclənir. Mən də özümü təkmilləşdirdim. Lyuis isə güclənmək üçün davamlı öz üzərində işləyir. Bilir ki, getdikcə mübarizə güclənir.

Həmiltondan sürməklə bağlı çox şey öyrəndim. O, asan yol seçmir və bu təəccüblüdür. Özündən və ətrafından həmişə daha yaxşısını istəyir. O, güclənməyə davam edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*