Las Veqasda Ferstappenin adına tribuna olacaq

Biz niderlandlı sürücünün fanat ordusunun Avropa yarışlarında necə bir tribunaya toplaşdıqlarını dəfələrlə görmüşük.

F-1.az bildirir ki, Maksın vətəni Niderlandla yanaşı, doğulduğu ölkə olan Belçikada və Red Bull-un aid olduğu Avstriyada böyük narıncı azarkeş kütləsi var. Təsadüfi deyil ki, sürücünün adına artıq tribunalar da var. Onlardan biri də bu il debüt edəcək Las Veqas Qran Prisinin keçiriləcəyi trasda olacaq.

Düzdür, Avropadan okeanın o tayına getmək heç də ucuz başa gəlmir və onun avropalı azarkeşlərinin əksəriyyəti çox güman ki, orada olmayacaq. Lakin gedənlər məhz Maksın adına olan tribunada bir-birilərini tapa biləcəklər.

Ferstappen tribunasına bilet sahibləri Red Bull fan zonasına, sürücünün dəbilqəsinin 1:2 ölçüdə nüsxəsinə və Softshell gödəkçəsinin satıldığı hissəyə çıxış əldə edəcəklər. İlk 100 bilet sahibi üçün Maks həmin dəbilqələri imzalayacaq.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*