L.Həmilton yeni dəbilqəsini təqdim edib

Formula1 üzrə altıqat Dünya Çempionu Lyuis Həmilton 2020-ci ildə yarışacağı dəbilqəsini təqdim edib.

F-1.az xatırldır ki, britaniyalı sürücü keçən il 11 yarış qazanaraq ardıcıl 3-cü, ümumilikdə isə altıncı Dünya Çempionluğuna sevinmişdi. 35 yaşlı pilot bu il yeddinci titulunu qazanaraq, əfsanəvi Şumaxerin rekordunu təkrarlamaq istəyir.

Lyuis Həmiltonun yeni dəbilqəsi son illərə nisbətən fərqli rəng çalarlarındadır. Dizayn eyni olsa da, builki dəbilqədə bənövşəyi rəngə yer verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*