L.Həmilton: Öldürməyən şey gücləndirir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, zərəri minimuma endirdiyi üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışda açıq fərqlə lider gedərkən, təhlükəsizlik maşını rejimi başlayıb. Rejim başladığı zaman pit yolu bağlanıb, amma Həmilton bunu görməyərək pitə gəlib və nəticəsə stüardlar ona 10 saniyə dayan və get cəzası veriblər. Buna baxmayaraq altıqat Dünya Çempionu sürətli dövrə vuraraq yarışı 7-ci yerdə bitirib və 7 xal qazanıb.

Lyuis Həmilton: “Əvvəlcə Pyeri təbrik edirəm. Çünki əla nəticə qazandı. Red Bull-dan getdikdən sonra mübarizə apardı və indi bəhrəsini görür. İnkişafını gördüyüm üçün sevincliyəm.

Mənim isə bəxtim gətirmədi. Amma öldürməyən şey gücləndirir. Pit-stop uzun çəkdi və 26 saniyəlik fərqi bağlamalı idim. Amma rəqiblərimə çatdıqdan sonra mübarizədən həzz aldım.

Pit-stopda yaxşı işləmədik. Düzünü desəm, pitin bağlı olduğunu görmədim. Buna görə də məsuliyyəti öz üzərimə götürürəm. Dərs çıxarmalıyam.

Yarışda isə 7-ci oldum və sürətli dövrə vurdum. Düzü, sonuncu yerə düşəndə belə yaxşı bitəcəyini düşünməmişdim. Maks xal almadığı üçün özümü yaxşı hiss edirəm. Böyük itki yaşamadıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*