19 Oktyabr 2019, Şənbə - 13:37

L.Həmilton: “Mən həqiqətən Marsa uçmaq istəyirəm…”

L.Həmilton: “Mən həqiqətən Marsa uçmaq istəyirəm…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:23 - 18 Yanvar, 2016

Üçqat dünya çempionu Lyuis Həmilton həm də onunla məşhurdur ki, onun maraqları avtoidmandan knara çıxır – o, musiqiyə çox vaxt ayırır, moda sənayesində özünü reallaşdırmağa çalışır. Məhz bu xüsusiyyətlərinə görə Lyuis Amerikada dərc olunan Harper’s Bazaar dərgisinin fevral sayının qəhrəmanına çevrilib – yazıda söhbət yalnız modadan getməyib…

“Mən dəbli paltar dizaynerləri ilə ünsiyyəti xoşlayıram, – deyə, Mercedes AMG komandasının sürücüsü etiraf edib. – Mən həmişə onlardan soruşmaq istəyirəm ki, “ey, bu modeli hazırlayarkən nə barədə düşünmüsünüz?” İstəyirəm ki, mənim də nə zamansa şəxsi paltar kolleksiyam olsun. Mən digərlərinin geyinmək istəmədikəri paltarları geyinməyi sevirəm, çünki bu, çox cürətli addımdır”.

F-1.az dərgiyə istinadən bildirir ki, Lyuis idmanda öz kredosunu belə formalaşdırıb: “Sadəcə mən həmişə birinci olmağa çalışıram. Skvoş, tennis və ya kompüter oyinları, lap su xizəyində belə… Hətta bilyard oynayanda da mən mütləq qalib gəlməliyəm…”

Əvəzində adi yollarda Lyuis qaydaları pozmur və sürət həddini aşmır: “Başa düşürsünüz, yarışda biz 300 km/saat sürəti asanlıqla aşırıq, sonra evə qayıdanda mənim həyatımın başqa fazası başlayır, mən sadəcə dincəlmək istəyirəm”.

Sürət hissi barədə Həmilton belə deyib: “Bu əsl ləzzətdir. Yarış trasında hər şey çox tez baş verir və sən çox uzaqlara baxmalısan. Sənə elə gəlir ki, hətta işıq sürəti ilə hərəkət edirsən. “Ulduz müharibələri” filminə baxmısınız? Görürsünüzmü kosmik gəmilər hansı sürətlə uçurlar. Amma biz beynimizdə bu kadrları yavaşıda bilirik – biz dəqiq bilirik ki, harda dönmək istəyirik, harda əyləci basmaq istəyirik. Sürücünün psixikası belə işləyir”.

Bu mövzuya davam edən Lyuis bir qədər dərinə gedir: “Mən kosmosa uçmaq istərdim. Bu yaxınlarda “Marsdan gələn” filminə baxdım və mən həqiqətən Marsa uçmaq istədim. Həmişəlik yox… Mən düşündüm ki, özümlə qəşəng bir qız götürə bilərdim, kosmosda da ailə qurardıq…”

Yeri gəlmişkən, bu yerdə Lyuis qeyd edib ki, hazırda onun ürəyi məşğul deyil: “Çoxdandır tək olmurdum, amma indi bir ildən də çoxdur ki, təkəm. Bütün diqqətimi işə yönəltmişəm, hətta həddindən çox işləyirəm. Bəlkə bir az dincəlməliyəm, həyatdan həzz almalıyam, özümə daha çox vaxt ayırmalıyam. Nə zamansa mən elə belə də edəcəm…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 498
Teqlər , ,
Paylaş

logo