A.Kukerella HRT-nin texniki direktoru təyin olunub

38 yaşlı ispaniyalı mühəndis Antonio Kukerella HRT komandasının texniki direktoru təyin olunub. Keçən ilin sentyabrında Cef Uillis bu vəzifəni tərk […]

38 yaşlı ispaniyalı mühəndis Antonio Kukerella HRT komandasının texniki direktoru təyin olunub. Keçən ilin sentyabrında Cef Uillis bu vəzifəni tərk etmişdi, komanda kənardan mütəxəssis dəvət etməyib, keçmiş baş yarış mühəndisinin vəzifəsini böyüdüb.

Kukerella 1973-cü ildə anadan olub, Valensiya texniki universitetinin maşınqayırma kafedrasında diplom alıb. Avtoidman karyerasına Adrian Kamposun Open Nissan seriyasındakı komandasından başlayıb, 2006-cı ildə Formula1-də debüt edib, SuperAguri komandasında iki il yarış mühədnisi işlədikdən sonra BMW Sauber komandasına keçib və Robert Kubitsanın yarış mühəndisi olub.

2009-cu ilin sonunda yenidən Kamposa qoşulub və Campos Meta komandası ilə Formula1-də debütə hazırlaşıb, Kolin Kolles komandaya başçı təyin olunduqdan sonra baş yarış mühəndisi vəzifəsini alıb…

Luis Peres Sala, komandanın başçısı: “Toni komandanın çempionatda debütündən həlledici mütəxəssislərdən biri olub. İndi biz layihəni yeni səviyyəyə qaldırmışıq, yeni mərhələdə Toniyə xüsusi yer ayrılıb.

Toni yeni maşın üzərində işləyən mühədnislərdən biridir, maşın artıq trasda debüt edib, ona görə də texniki rəhbərliyə ehtiyacımız var idi – Toni bu vəzifəyə əla yarayır.”

Toni Kukerella: “Texniki direktor vəzifəsi ciddi məsuliyyət tələb edir. Mən fəxr edirəm ki, komandanın rəhbərliyi bu vəzifəni mənə etibar edib.

Mənim vəzifəm yeni maşının problemlərini həll etməklə onun real potensialını üzə çıxaramqdır. Biz gələcək işlər üçün əla bazis qurmuşuq və bilirik ki, hansı istiqamətdə irəliləməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*