Gələn il üçün Formula1 təqviminin ilkin versiyası yayımlandı

Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali 2027-ci mövsümü üçün Yaxın Şərqdə mərhələlərin keçirilməsinə imkan verilməməsi halında istifadə ediləcək bir neçə təqvim variantının nəzərdən keçirilməsi barədə danışıb. Bu gün mətbuatda növbəti mövsüm üçün təqvimin ilkin versiyası dərc olunub.

Əgər hər şey plan üzrə getsə, mövsüm 24 Qran Pridən ibarət olacaq və martın 14-də Bəhreyndə start götürəcək, bir həftə sonra Ciddədə mərhələ keçiriləcək, ondan sonra Formula1 Avstraliyaya, Yaponiya, Çin, Mayami və Kanadaya yollanacaq.

Mövsümün Avropa hissəsi iyunun ilk həftəsonu Monakoda başlayacaq. Daha sonra Portuqaliyada – Portimanda bir mərhələ planlaşdırılıb. Ardınca Silverstoun, Şpilberq, Belçika və Macarıstanda yarışlar olacaq; onlardan sonra Formula1 avqust fasiləsinə çıxacaq.

Mövsüm 3-5 sentyabr tarixlərində İtaliya Qran Prisi ilə bərpa olunacaq, bir həftə sonra Madriddə keçiriləcək yarış Avropa hissəsini yekunlaşdıracaq. Daha sonra Formula1 Bakıya yollanacaq və orada Azərbaycan-Türkiyə-Sinqapur üçlüyündən ibarət mərhələlər seriyası başlayacaq. Sonra, cari mövsümdə olduğu kimi, Ostində, Mexikoda, San Pauluda və Las Veqasda yarışlar planlaşdırılıb. Mövsüm dekabrda Qətərdə və Əbu Dabidə keçiriləcək mərhələlərlə yekunlaşmalıdır.

Formula1-in 2027-ci il mövsümü üçün ilkin təqvim versiyası

Tarix Qran Pri Keçirilmə yeri
14/03 Bəhreyn Saxir
21/03 Səudiyyə Ərəbistanı Ciddə
04/04 Avstraliya Melburn
11/04 Yaponiya Suzuka
18/04 Çin Şanxay
02/05 Mayami Mayami
23/05 Kanada Monreal
06/06 Monako Monako
20/06 Portuqaliya Portiman
04/07 Böyük Britaniya Silverstoun
11/07 Avstriya Şpilberq
25/07 Belçika Spa
01/08 Macarıstan Hunqarorinq
05/09 İtaliya Monza
12/09 İspaniya Madrid
26/09 Azərbaycan Bakı
03/10 Türkiyə İstanbul
10/10 Sinqapur Sinqapur
24/10 ABŞ Ostin
31/10 Meksika Mexiko
14/11 San Paulu İnterlaqos
21/11 Las Veqas Las Veqas
05/12 Qətər Lusail
12/12 Əbu Dabi Yas Marina

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*