GP2-2017: Təqvim təqdim olunub

GP2 seriyasının təşkilatçıları builki mövsümün təqvimini açıqlayıblar. Mövsüm yenə 11 mərhələdən ibarət olacaq, lakin çempionat bu dəfə 10 yarış çərçivəsində keçiriləcək. Bu addım komandaların xərclərinin azaldılması üçün atılıb. Malayziya yarışının təşkilatçıları seriyadan imtina ediblər, bunun əvəzində isə oktyabr ayında Xeresdə xüsusi yarış baş tutacaq.

F-1.az xəbər verir ki, ötən illə müqayisədə digər dəyişikliklər Almaniyanın təqvimdən çıxması və mövsümün Barselonada yox, Bəhreyndə başlamasıdır. Bu addım da xərclərin azaldılması məqsədi ilə atılıb, çünki mövsümöncəsi son testlər elə Bəhreyndə keçiriləcək və ilk yarışa iki həftə qalmış başa çatacaq.

Bruno Mişel, GP2 seriyasının rəhbəri: “Mən şadam ki, təqvimdə yenə 11 yarış var, onlardan 10-u Formula1-lə eyni vaxtda keçiriləcək. Bundan başqa, Saxir təqvimə qayıdır. Xeresdə, Montsada və Əbu Dabidə də yarış keçirəcəyimiz üçün məmnunuq.

Biz istəyirdik ki, ötən il olduğu kimi, Avropadan kənarda üç yarış keçirək. Lakin olmadı. Biz daşınma xərclərini də nəzərə almağa çalışdıq. Ona görə də, ilk mərhələ elə mövsümöncəsi testlərin də keçiriləcəyi Bəhreyndə – Saxirdə baş tutacaq”.

Tarix Şəhər, tras Yarış Sessiya
13-15 mart Barselona İspaniya test
29-31 mart Saxir Bəhreyn test
14-16 aprel Saxir Bəhreyn yarış
12-14 may Barselona, Katalunya İspaniya yarış
25-27 may Monte Karlo Monako yarış
23-25 iyun Bakı, Bakı Şəhər Halqası Azərbaycan yarış
7-9 iyul Şpilberq, Red Bull Rinq Avstriya yarış
14-16 iyul Silverstoun Böyük Britaniya yarış
28-30 iyul Budapeşt, Hunqarorinq Macarıstan yarış
25-27 avqust Spa Belçika yarış
1-3 sentyabr Montsa İtaliya yarış
6-8 oktyabr Xeres İspaniya yarış
24-26 noyabr Yas Marina Əbu Dabi yarış
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*