Mercedes AMG 2017-ci ilin təkərləri ilə ilk test proqramını tamamlayıb

Gələn il reqlamentdə ediləcək ciddi dəyişikliklər təkərlərdən də yan keçməyib. Pirelli 2017-ci il mövsümü üçün daha enli təkərlər hazırlayır.

Bu təkərlərin test edilməsinə ilkin olaraq 3 komanda – Ferrari, Red Bull və Mercedes AMG cəlb edilib. Testlərdən əldə ediləcək nəticələr bütün komandalarla bölüşdürüləcək. Mövsümün sonunda isə bütün komandalar testlərdə iştirak edəcəklər.

F-1.az xəbər verir ki, Ferrari və Red Bull-dan sonra Mercedes AMG komandası da ilk testlərini tamamlayıb. Paskal Verlyayn həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı günlərində Pol-Rikarda növbəti ilin reqlamentinə uyğunlaşdırılmış W06 (Mercedes AMG-nin 2015-ci ildə istifadə etdiyi bolid) ilə ümumilikdə 286 dövrə vurub. Pirelli tərəfindən verilən məlumatda bildirilir ki, Verlyayn dünən 63, çərşənbə günü 89, çətşənbə axşamı isə 134 dövrə vurub.

Komanda növbəti ilin təkərlərini 2 həftə sonra burada yenidən test edəcək.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*