K.Rəykkönen: “Gələn ilin ortalarında mən qərar qəbul edəcəm”

Kimi Rəykkönen gələn ilin ortalarına kimi gözləmək fikrindədir və yalnız bundan sonra qərar qəbul edəcək ki, karyerasını rallidə davam etdirsin […]

Kimi Rəykkönen gələn ilin ortalarına kimi gözləmək fikrindədir və yalnız bundan sonra qərar qəbul edəcək ki, karyerasını rallidə davam etdirsin yoxsa Formula1-ə qayıtmağa çalışsın.

2010-cu ildə Kimi öz gücünü ralli üzrə dünya çempionatında (WRC) Citroen-in gənclər komandasında sınayacaq və öz seçimini şərh edərkən o bir neçə dəfə bildirib ki, Formula1-lə həmişəlik ayrıla bilər.

Amma İtaliyanın Autosprint jurnalına müsahibəsində 2007-ci ilin dünya çempionu bildirib ki, onun gələcəyi hələ tam məlum deyil və o əvvəlki kimi Formula1-i sevir…

Kimi Rəykkönen: “Mənim üçün həmişə WRC-də çıxış etmək maraqlı idi və müəyyən bir vaxtda Red Bull-un sayəsində belə bir imkan əldə etdim. Niyə bu imkandan istifadə etməyim? Amma Formula1-in qapısı mənim üçün açıqdır. Mən bu çempionata ömrümün doqquz ilini həsr etmişəm və bir çox maraqlı xatırələrim var.

Bu ilin ortalarında mən qərar qəbul edəcəm – ya rallidə qalacam, ya da F1-ə qayıdacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*